Müğənni Ebru Gündeş konsert verib. İfaçını izləməyə gələnlər arasında Cihan-Atasay Kamer, Numan Ceylan, Dərya Ayaydın, Necati Demirkol, Səlcuq İnan və Sıla da olub.
Gecədə sonuncu albomuna daxil olan mahnılarını səsləndirən Ebru həmkarı İbrahim Tatlısəsə səslənib. O, illər sonra yeni albomu üçün səsyazma studiyasına girən Tatlısəsə bu ismarışı göndərib: “Bu böyük səsə böyük alqış istəyirəm. Albom üçün studiyaya girdiyini öyrəndim. Çox xoşbəxtəm. Həyəcanla gözləyirik”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.