banner
banner

Dünya

Putin: "Əfqanıstandakı hərbi kampaniya SSRİ-nin səhvi idi"

Putin: "Əfqanıstandakı hərbi kampaniya SSRİ-nin səhvi idi"
SSRİ-nin bu ölkədəki kampaniyası ilə ABŞ-ın Vyetnamdakı əməliyyatları arasında paralellər aparmağına dəyməz
Rusiya prezidenti Vladimir Putin SSRİ-nin Əfqanıstanda apardığı hərbi kampaniyanı Sovet rəhbərliyinin səhvi adlandırıb.
Bunu Rusiya prezidenti Vladimir Putin Vladimir Solovyovun bir hissəsi "Rossiya 1" telekanalı ilə yayımlanan "Miroporyadok" sənədli filmində göstərilən müsahibəsində bildirib.
Bununla yanaşı Putin qeyd edib ki, SSRİ-nin bu ölkədəki kampaniyası ilə ABŞ-ın Vyetnamdakı əməliyyatları arasında paralellər aparmağına dəyməz. Prezident, xüsusilə bildirib ki, o zaman Sovet qoşunları dövlətin ərazisinə əfqan rəhbərliyinin xahişi ilə daxil olub. Dövlət başçısı Vaşinqtonun başqa üsullarla hərəkət etdiyinə də diqqət çəkib.
 
"Biz hər halda Əfqanıstanda o vaxtkı əfqan hökuməti və prezidentinin xahişi ilə olmuşuq. Bu böyük fərqdir … Əfqan hadisələrinə bizim qoşulduğumuz şəkildə baş qoşmağımız lazım idimi, bu artıq başqa söhbətin mövzusudur, burada düşünmək lazımdır … Ümumilikdə isə, əfqan kampaniyası Sovet İttifaqının səhvi idi, bu aşkardır", — deyə prezident bildirib.
 
Putin həmçinin Qərbə demokratiya haqqında öz təsəvvürlərini başqa ölkələrə zorla qəbul etdirməməyi məsləhət görüb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.