Nurgül ilk dəfə "Paramparça"dan danışdı: "Dözə bilmirəm"
"Paramparça" serialının "Keriman"ı Nursel Köse "Delibal" filminin qala gecəsinə qatılıb. O, Nurgül Yeşilçayın serialdan ayrılacağı barədə suallara belə cavab verib: "Biz serialın kasıb tərəfindəyik, varlılar tərəfdə olanlardan xəbərimiz yoxdur".
Nurgül özü isə sevgilisi Özgür İnalla məkanlardan birində əylənərkən görünüb. İçkili halda oradan ayrılan aktrisa ilk dəfə "Paramparça"dan ayrılacağı barədə suallara cavab verib:
"Dostlar, müqaviləm 52 seriyadır. Artıq dözə bilmirəm".
O, bu ayrılığın tərəf müqabili Erkan Petekkaya ilə əlaqəsi olmadığını da deyib.
Qeyd edək ki, N.Yeşilçay 52-ci seriyada layihədən ayrılacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.