55 yaşlı məşhur aktyor Hyu Qrant 4-cü dəfə ata olub. Ulduzun qızı dünyaya gəlib. Körpə Hyunun isveçli teleprodüser Anna Elizabet Eberşteynlə münasibətindən doğulub. Bu, cütlüyün ikinci uşağıdır. 2012-ci ildə onların Hyu Con Munqo Qrant adlı oğlu doğulub. Qeyd edək ki, aktyorun çinli rəfiqəsi Tinqlan Honqdan Feliks adlı oğlu və Tabita Cjao Şi adlı bir qızı da var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.