banner
banner

Sosİal

Bakıda apteklər bağlandı - Bəzilərində isə qiymət bahalaşdı

Bakıda apteklər bağlandı -

Manatın növbəti devalvasiyası dərman vasitələrinə də təsirsiz ötüşməyib. Azərbaycanda istifadə olunan dərman vasitələrinin əksəriyyəti xaricdən alınır. Dolların bahalaşması isə təbii ki, dərmanların qiymətinə təsirsiz ötüşməyəcək.

Bu səbəbdən apteklər bir neçə günlüyə bağlanılıb, yaxud dərmanlar artıq yeni qiymətlərlə satışa çıxarılır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a bildirib ki, apteklərin müəyyən müddətə bağlanması dərman vasitələrinin yenidən qiymətinə baxılması ilə əlaqədardır.

O qeyd edib ki, manatın məzənnəsinin dəyişməsi tənzimlənən dərman vasitələrinə yenidən baxılmasını zəruri edib: “Lakin bu o demək deyil ki, tənzimlənən dərman vasitələrinin qiymətləri əvvəlkindən də baha qiymətə satılacaq. Çünki biz dərman vasitələrinin qiymətlərini dəfələlərlə aşağı salmışdıq və onların qiymətlərinə yenidən baxıldıqda belə burada artım ciddi hiss olunmayacaq”.

Apteklərin bağlı olmasına gəlincə, qurumun sözçüsü bunu dərman vasitələrinin yeni qiymətlərə uyğunlaşdırılması ilə əlaqələndirib.

Nazirlər Kabinetinin 2015-ci il aprelin 14-dəki qərarına əsasən, dövlət qeydiyyatına alınan dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.

Bu il sentyabrın 15-dən ölkədəki dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi vahid qiymətlə satılmasına başlanılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.