Fransa Daxili Təhlükəsizlik Baş İdarəsi asayiş keşikçilərinə qarşı törədilməsi planlaşdırılan növbəti terror aktının qarşısını alıb.
Bu barədə Fransa DİN rəhbəri Bernar Kaznev bildirib. Nazirin sözlərinə görə, istintaq çərçivəsində Orleanda iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslərin hazırda Suriyada olan digər Fransa vətəndaşı ilə əlaqədə olduqları müəyyən edilib. Nazir əlavə edib ki, son iki ildə Fransa xüsusi xidmət orqanları 10 terror aktının qarşısı alınıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.