Ölkəmizdə səfərdə olan Əfqanıstan nümayəndə heyəti Bakı Olimpiya Stadionunda olub. İctimai məsələlər naziri Mahmud Balig və şəhərsalma məsələləri naziri Sadət Mansur Nadiri stadionla tanış olub, burada təşkil olunan və gələcəkdə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat əldə ediblər. Mahmud Balig deyib: “Çox sevinirəm ki, İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcək. Öz komandamızı dəstəkləmək üçün mən buraya mütləq gələcəyəm”. Sadət Mansur Nadiri bildirib: “Stadion öz əzəməti ilə insanı heyrətə salır. Rekord sayıla bilinəcək qısa vaxt ərzində bu cür arenanın inşa olunması ilk baxışda mümkünsüz görünür”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.