banner
banner

Dünya

5 il həbs 90 min rubl cərimə ilə əvəz olundu

5 il həbs 90 min rubl cərimə ilə əvəz olundu
Dekabrın 23-də Moskva Hərbi Dairə Məhkəməsi Rusiya Quru Qoşunlarının sabiq komandanı Vladimir Çirkin haqda bu ilin avqustunda çıxarılmış hökmü dəyişib. Çirkinə çıxarılmış həbs hökmü 90 min rubl cərimə ilə əvəzlənib.  O, məhkəmə zalından azadlığa buraxılıb. Buna rüşvətxorluq ittihamının dələduzluq ittihamı ilə əvəzlənməsi imkan yaradıb.
Moskva Qarnizonunun Hərbi Məhkəməsi avqustun 14-də Çirkini 5 il azadlıqdan məhrum etmişdi. Çirkin 450 min rubl (7 min dollar) rüşvət almaqda təqsirli bilinmişdi.
Məhkəmənin hökmündə qeyd olunmuşdu ki, Çirkin 2008-ci ildə Moskva Hərbi Dairəsi Qoşunlarının komandan müavini postunu tutarkən Müdafiə Nazirliyinin hesabına birotaqlı mənzil əldə etmək istəyən keçmiş hərbçidən 450 min rubl rüşvət alıb.
Hökmə görə, sabiq komandandan dövlətin xeyrinə 450 min rubl tutulmalı idi. Çirkin general poqonundan və “İgidliyə görə” ordenindən də məhrum edilmişdi.
2013-cü ilin oktyabr ayında istintaqa cəlb olunan Çirkin həmin il dekabrın 2-də Rusiya Quru Qoşunlarının komandanı vəzifəsindən çıxarılıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.