Keçən ilin dekabrında ailə quran Formula 1 pilotu Censon Button ilə model Cessika Miçibata yollarını ayırmağa qərar veriblər. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 35 yaşlı Censonun mətbuat xidməti cütlüyün boşandığını ancaq dost qalacaqlarını bildirib. Cütlük 2008-ci ildə sevgili olduqdan 3 il sonra qısa müddətə ayrılmışdılar. 2014-cu ilin Sevgililər günündə isə Censon 250 min dollarlıq üzüklə evlilik təklif etmişdi. Cütlüyün toyu isə Havay adalarında olmuşdu. Bir illik evli qalan tanınmış ikili gərgin iş rejiminə görə bir-birlərinə vaxt ayıra bilmədiklərini deyiblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.