Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.
Nazirliyin mətbuat xidmətinın məlumatına görə, analizlərin nəticələri atmosfer havasında olan zərərli qaz qarışıqlarının sanitar norma həddində olduğunu ortaya çıxarıb. Bildirilir ki, son 3 gün ərzində Bakı şəhərində əlverişsiz meteroloji hava şəraiti ilə bağlı atmosferə atılan tullantıların, qaz qarışıqlarının səpələnməsi passivləşib, bu da əsasən Xətai rayonu, Babək prospekti və Azadlıq meydanı ətrafı ərazilərdə havadan pis qoxunun yayılmasına səbəb olub. Havada insan sağlamlığına zərər verə biləcək qaz qarışıqlarının heç birində artım qeydə alınmayıb.
Qeyd edək ki, neft emalından və nəqliyyat vasitələrindən atılan tullantılar pis qoxu ilə müşayiət edilir və gecə saatlarında temperaturunaşağı olması, gündüz isə yüksəlməsi nəticəsində ağır hava aşağı təbəqələrdə sıxılıb qalır. Məhz bu da qaz qarışıqlarının səpələnməsinə imkan vermir və havada pis qoxunun əmələ gəlməsinə şərait yaradır. Bu qoxu təbii ki insanlarda diskamfort əmələ gətirir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.