banner
banner

Sosİal

Azərbaycanın taxıl ehtiyatı varmı?

Azərbaycanın taxıl ehtiyatı varmı?

Azərbaycanda istənilən qədər taxıl ehtiyatı var.

Bu barədə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycanda buğda və taxılla bağlı heç bir problem yoxdur: “Bu il Azərbaycanda 2,9 milyon ton taxıl istehsal olunub. Onun 1,7 milyon tonu buğdanın payına düşür. Daxili istehsal hesabına tələbat 70-80 faiz ödənilir”.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması məsələsinə toxunan M.Hacıyev qeyd edib ki, narahatlığa heç bir əsas yoxdur: "Hər kəs nazirliyin saytına daxil olmaqla bütün kənd təsərrüfatı məhsullarının qiyməti ilə tanış ola bilər. Nazirliyin qiymətlərlə bağlı informasiya portalı var. Demək olar ki, orada hər gün qiymətlər yenilənir, həm pərakəndə, həm də topdansatışla bağlı qiymətlər daxil edilir".

Nazirlik rəsmisi bildirib ki, yerli istehsal məhsullarında elə bir ciddi bahalaşma yoxdur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.