Bir müddətdir Çində istirahətdə olan meyxanaçı Namiq Qaraçuxurlu təəssüratlarını bölüşüb. Sənətçi həmin ölkənin mətbəxindən bəhs edib: “Çin mətbəxinin bəzi yeməklərini çox sevirəm. Təbii ki, elə yeməkləri var heç bizlik deyil. Amma elə yeməkləri var qeyri-adi və dadlıdır. Burada daha çox dəniz məhsullarından istifadə edirlər. Sağlamlığa ziyan olan qidalar demək olar heç yoxdur. Çinin elə yeri var ki, adi qazlı su almaq üçün bütün şəhəri axtarırsan və əksər halda tapmırsan. Çində cəmi ikinci dəfədir səfərdəyəm. Ola bilər topladığım müşahidələr, fikirlər yanlışdır. Oxucularım üzürlü saysınlar”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.