Azərbaycanın əməkdar artisti, aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, rejissor Tahir İmanovun sabah toy mərasimi baş tutacaq. Axşam.az-ın baku.ws-ə istinadən məlumatına görə, mərasim sabah "JW Marriott Absheron" hotelində keçiriləcək. Toy mərasiminin mətbuata qapalı keçiriləcəyi bildirilir. Qeyd edək ki, Tahir İmanov 13 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsidir. Subaydır, indiyə kimi heç bir nikahı olmayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.