"Yataq səhnəsini ilk dəfə mən etmişəm" - Faiq Ağayev
Xalq artisti Faiq Ağayev şou-biznes nümayəndələri arasında ən çox vergi ödəyən müğənnidir. Bu haqda ifaçı Axşam.az-a açıqlamasında deyib. O, ideal vergi ödəyicisi olduğunu bildirib: “Azərbaycanlı müğənnilər arasında ən böyük vergini ödəyən mənəm. Borclular siyahısında da adım yoxdur. Son günlər həmkarlarımın borclarını gördüm. Şəffaf işləmək çətin deyil. Heç kim ildə 200 min qazanmır. Bunu qazanmaq üçün ən bahalılar il ərzində 25 toy oxumalıdır. Bu isə heç kimdə yoxdur”. F.Ağayev şou-biznesdə səs-küy yaradan kişi ifaçılarının az olmasına da münasibət bildirib:
“Gedib səhnəyə yeni addım atmaq istəyənlərin yeməyinə zəhər qatsaydım, deyərdiniz, Faiq günahkardır. Niyə ortaya çıxmırlar? İndiki gənclərdə qorxaqlıq var. Tamaşaçıdan çəkinirlər ki, qırmızı pencək geyinsəm, nə deyərlər? Səhnədə qorxmaq olmaz. Tamaşaçıdan qorxsan onun üçün maraqsız olarsan. Hamı kostyum geyinir. Fərq nədir? Həm biz sənətçilər, həm tamaşaçılar şərq və qərb musiqisini tərifləyirik. Axı orada qalustuq taxanlar azdır. Mən oxunan mahnıya uyğun geyim görməyəndə təəssüflənirəm. Deməyin ki, Faiq sinəsinə döyür. Azərbaycanda klipdə yataq səhnəsini ilk dəfə mən etmişəm. Amma elə etdim ki, qınağa səbəb olmadı”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.