“Mor və Ötesi” qrupunun solisti Harun Tekinlə bir ildir ki, sevgili olan aktrisa Melisa Sözen onunla birlikdə məkanların birindən çıxarkən kameralara tuş gəlib. Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qapıda dayanan jurnalistləri görən aktrisa “hava çox soyuqdur, nəsə istəyirsiniz?”, – deyə soruşaraq müxbirlərin qayğısına qalıb. Jurnalistlərin Harunla toy olub-olmayacağı barədə sualına Melisa “Münasibətimiz çox yaxşıdır. Artıq bəzi şeylərin vaxtıdır” cavabını verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.