Xalq artisti Ağadadaş Ağayev “Dolların qalxmasına sevinirəm” sözlərinin sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib. Müğənni “Hər şey daxil” verilişində məsələ ilə bağlı bunları deyib: “Elə bil dolları Ağadadaş yüksəldib. Dolların yüksəlməsini, burada istifadə olunmasını istəməyənlərdən biri də mənəm. İstəmirəm biz bu valyutaya bağlı olaq. Hamımızın problemi yaranıb. İnşallah bu ötüb keçəcək. Bizim torpağımızda olan bərəkət dünyanın heç bir yerində yoxdur. Bu problemi Amerika yaradıb. Hər ölkə də öz içində mücadilə aparır. Bunu bu qədər şişirtmək lazım deyil. O sözü demişəmsə də, düz etmişəm. Mahiyyəti bilib, münasibət bildirsinlər. Yazını görmədən, başlığa baxıb fikir yazmasınlar”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.