banner
banner

Sosİal

Bayram yarmarkaları başlayır - Bu ünvanlarda

Bayram yarmarkaları başlayır -

Bu gündən bayramla bağlı kənd təsərrüfatı məhsullarının yarmarkaları start götürür.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev anspress-ə açıqlamasında deyib ki, yarmarkalar dekabrın 26-dan yanvarın 5-ə kimi paytaxtın müxtəlif yerlərində, o cümlədən Sumqayıtda keçiriləcək.

Ən böyük yarmarka Sumqayıt şəhərində təşkil olunacaq. Bu il kənd təsərrüfatı yarmarkalarının sayının az olması paytaxtın bəzi yerlərində gedən təmir-tikinti işləri ilə bağlıdır.

Yarmarkaların ünvanları

Kənd təsərrüfatı yarmarkaları 2006-cı ildən bu yana Kənd Təsərrüfatı Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər həftənin altınıcı və bazar günləri təşkil edilir. Ötən ilə kimi yarmarkalar Bakı şəhərinin 7 rayonunun 11 ünvanında olurdu. Lakin bu il yarmarkaların sayında azalma olub.

May ayında Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbail rayonunda kənd təsərrüfatı yarmarkaları fəaliyyətini dayandırıb. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırovun verdiyi məlumata görə, yarmarkalar şəhərin mərkəzindən yığışdırılıb. Yarmarkalar şəhərin estetik görkəminin yaxşılaşdırılması məqsədilə dayandırılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.