Paytaxtda tıxacların qarşısını necə almaq olar. Hər halda bu istiqamətdə çalışan əlaqədar qurumlar da var. Sadəcə nədənsə, günün müəyyən saatlarında tıxaclar azalmır.
ANS TV-nin məumatına görə, respublikada bir milyondan çox maşın var ki, onların da 72 faizi paytaxtın payına düşür. Bu isə yollarda tıxacsız ötüşmür. Dövlət Statistika Komitəsi isə ən çox tıxac olan yolların siyahısını hazırlayıb.
Ən çox tıcaclar Tbilisi Prospekti, Bakı-Sumqayıt yolu, Həsən Əliyev küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Niyazi və Şeyx Şamil küçələri olub. Hər gün bu küçələri tıxacsız təsəvvür etmək mümkün olmur. Artıq bir neçə ildir ki, tıxaclar Bakıda əsas problemlərdən birinə çevrilib. Maraqlı fakt ondan ibarətdir ki, tıxaclar yalnız mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən saatda yaranır. Bu barədə çox yazılıb, çox deyilsə də, problemin həlli yolunda çox az irəliləyiş müşahidə olunur.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, paytaxtın mərkəzi küçələrində tıxacların yaranmasına səbəb həm şəhərdə maşınların sayının çox olması, həm də təhsil müəssisələrinin və iş yerlərinin çoxunun mərkəz küçələrdə yerləşməsidir. Başqa bir səbəb isə paytaxtda olan sıxlıqdır.
Vaqif Əsədovun sözlərinə görə, 20 Yanvar istiqamətində olan hərəkətlə bağlı nəqliyyat sıxlığının yaşanır: “Əlbəttə ki, Sumqayıt, Abşeron və həmin bölgələrdən paytaxt istiqamətində yaxınlaşmaqda olan nəqliyyat vasitələri sıxlıq yaradır. Paytaxtın daxili, yəni Tibliski prospekti ərazisində, Həsən Əliyev küçəsinin kəsişən hissəsindəki sıxlıq isə 2-3 yol zolağının olması ilə əlaqədardır”.
Ekspertlər isə bildirir ki, şəhərdə kifayət qədər işıqforların çox olması da, tıxaclara səbəb olur. Bunun üçün yeni yollar salınmalı və ensiz yollar genişlənməlidir.
“Tıxac konkret olaraq küçələrin bir-birilə kəsişməsində yaranır. Bu yollar nəqliyyatın yükünü götürmür. Hazırda paralel küçələr elə olmaldır ki, onlar işlək vəziyyətdə olsun” – deyə ekspert Ərşad Hüseynov vurğulayıb.
Xarici ölkələrdə isə belə bir təcrüubə var ki, paytaxt şəhərləri sıxlıqdan azaltmaq üçün şəhərdə olan təhsil müsəsiləri, idarələr şəhər kənarına köçürülür. Bizdə isə hələ ki, bu təcrübədən istifadə olunmur. Elə ekspertlər deyir ki, bu təcrübə ilk növbədə tıxacların azalmasına hesablanıb. Ümid edək ki, biz də tezliklə yolların tıxacdan azaldılması üçün xüsusi layihə hazırlanar və əmli işlər görülər.


