banner
banner

Dünya

Nigeriyada Rusiya təyyarəsi saxlanılıb

Nigeriyada Rusiya təyyarəsi saxlanılıb

Nigeriya ordusu göyərtəsində çoxlu silah-sursat olan Rusiyaya məxsus yük təyyarəsinin saxlanıldığını bildirib.

CİA.Az APA-ya istinadən xəbər verir ki, sənədləşdirilməmiş silah Mərkəzi Afrika Respublikasından (MAR) Çada aparılacaqmış.

Yerli KİV-lərin məlumatına görə, təyyarə MAR-ın paytaxtı Banqidən havaya qalxıb Çadın paytaxtı Ncamenu şəhərinə istiqamət alıbmış.

Təyyarənin göyərtəsində lazımi qaydada sənədləşdirilməmiş helikopterlərin, avtomobillərin və digər hərbi texnikanın olduğu bildirilir.

Təyyarə Nigeriyanın şimalındakı Kano şəhərinin aeroportunda saxlanılır, ekipajın bütün üzvləri həbs olunub. Faktla bağlı istintaq aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.