Son dövrlərdə evlənəcəyi ilə bağlı xəbərlərlə gündəmə gələn Tarkan bu dəfə konsert xərcləri ilə manşetləri bəzəyib. Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə gün əvvəl Türkmənistanın paytaxtı Aşqabadda konsert verən Tarkanın aldığı məbləğ çoxlarını təəccübləndirib. Meqastar bir konsertdən 1 milyon dollar alaraq iki il əvvəl dünya ulduzu Cennifer Lopezin eyni şəhərdəki konsertindən aldığı pulu unutdurub. O vaxt Cey Lonun prezident Qurbanquli Berdimuhammedovun ad günündəki 1 milyon dollarlıq çıxışı dünya mediasının gündəmini zəbt etmişdi. Tarkan eyni zamanda Yeni il gecəsi alacağı pulla da müzakirə olunur. O, hər il olduğu kimi bayram çıxışında ən çox pul alan müğənni olacaq - 1 milyon 200 min lirə (təxminən 600 min manat).
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.