“Ərəb Baharı” inqilabi hərəkatının qurbanlarından olan Liviyanın sabiq prezidenti Muammər Qəddafinin Rusiya prezidentinin qızlarından biri üçün elçi düşdüyü iddia olunur.
Cia.az-ın anspress-ə istinadən məlumatına görə, sabiq prezident oğlu Seyfulislam Qəddafini Putinin qızı ilə evləndirərək Rusiya prezidenti ilə qohum olmağa cəhd edib.
Bu iddiaları, Muammər Qəddafinin müşavirlərindən Məhəmməf Əbdülmüttəlib əl Huni “əl Ərəbiyyə”yə verdiyi müsahibədə irəli sürüb. Əl Huni bunun siyasi bir evlilik olacağını, baş tutarsa hədəfin ölkələr arasında daha yaxın münasibət olduğunu bildirib. Sabiq müşavir Qəddafinin bu barədə Putinlə danışdığını, Rusiya prezidentinin bu təklifə çox təəccübləndiyini deyib.
Xatırladaq ki, Qəddafi 2011-ci ildə bölgəni öz təsiri altına alan “Ərəb Baharı” hərəkatı vaxtı əvvəl vəzifəsini, daha sonra üsyançıların əlinə keçərək həyatını itirmişdi. Ata Qəddafinin ölümündən sonra oğlu Seyfulislam Qəddafi müxaliflərin əlinə keçmişdi. Tripolidəki məhkəmələrdən biri onun barəsində edam hökmü versə də oğul Qəddafi hələ də silahlıların əlində əsirdir.
Qəddafinin Putinin hansı qızına elçi düşməsi barədə isə məlumat verilməyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.