“Deyirlər ki, qızım başqa, oğlum başqa kişidəndir...” - İradə İbrahimova
Türkiyədə yaşayan müğənni İradə İbrahimova həyat yoldaşından boşanıb, ikinci dəfə ailə qurması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
"ATV maqazin 10larla" proqramına açıqlama verən müğənni yayılan məlumatları şayiə adlandırıb:
"İnsanlara demək istəyirəm ki, ikinci dəfə ailə qurmaq ayıb deyil. İkinci dəfə ailə quran xanımları qınayırlar. Ailə bağlı qutudur. Heç kim heç kimin nə yaşadığını bilə bilməz. Hər kəsin ayrılmağa, ailə qurmağa, subay yaşamağa haqqı var.
Mən bir dəfə ailə həyatı qurmuşam. Deyirlər ki," ikinci dəfə ailə qurmuşam. Övladlarım İpək başqa, Əli başqa kişidəndir. Bunlar şayiədir. Həyat yoldaşım Ceyhun məni şoka saldı, bir anda arıqladı və başqa insan oldu. Gözümü qaraldıb ikinci övladımı dünyaya gətirdim. Əslində, mən 4 övlad istəyirəm".
Qeyd edək ki, ifaçı türkiyəli iş adamı Ceyhun İzer ilə ailə qurub. Cütlüyün İpək və Əli adlı iki övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.