banner
banner

Şou

Məşhurlar sərf etdikləri pullardan danışdılar: “5 milyon xərcləmişəm”

Məşhurlar sərf etdikləri pullardan danışdılar:
Şou-biznes nümayəndələri  sənətlərinə sərf etdikləri pulların məbləğini açıqlayıblar. 
Musavat.com xəbər verir ki, “ATV maqazin 10larla” proqramının apardığı sorğuya cavab 
verən sənətçilər məşhurlaşmaq üçün milyonlar xərclədiklərini bildiriblər.
 
Xalq artisti Aygün Kazımova: “ Əgər lidersənsə, onu qoruyub saxlamaq üçün hər şeydən keçməlisən. Bir mahnın, klipinlə tutuzdura bilərsən. Bu uğurunu davam etdirməlisən. Qazandığım pulları yığsaydım,  döşəməm qızıldan olardı.  Bağ evimi soruşanda Snopp Dogg ilə layihəmi göstərirəm. O layihə mənim villamdır”.
 
Xalq artisti Faiq Ağayev: “Mənim konsertlərimi sponsorlar maliyyələşdirib. İstməmişəm ki, konsertin yükü tamaşaçının üzərinə düşsün”. 
 
Əməkdar artist Tünzalə Ağayeva: “Adının tanınması üçün pul xərcləməlisən. Bir gün oyandım ki, mahnım hər yerdə səslənir. Dəfələrlə albomum işıq üzü görüb, ölkə xaricində konsertlər vermişəm. Sənətimə sərf etdiyim pulun məbləğini açıqlaya bilmərəm”.
 
Müğənni Nadir Qafarzadə: “Sənətimə 1 milyon xərcləmişəm. Məbləğ bundan artıq da ola bilər”. 
 
Müğənni Elton Hüseynəliyev: “Sənət adamları  anormal insanlardır. 10 ildə 2-3 milyon pul xərcləmişəm. O pulları xərclədiyim üçün təəssüf etmirəm. O məbləği mənə qazanc gətirsin deyə xərcləməmişəm”
 
Əməkdar artist Almaz Ələsgərli: “Bu il sənətdə olmağımın 33 ili tamam olur. Bu ilə qədər 5 milyon xərcləmişəm. Heyfislənmirəm”.
 
Müğənni Günay İbrahimli: “İnsanlar var ki, sənətlərinə milyonlar töküblər, amma tanınmırlar. Səhnədə taxtadırlar. İndiyə kimi 300 mindən az  xərcləmişəm”. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.