banner
banner

Dünya

“Suriya sülh prosesi ziyan görməyəcək”

“Suriya sülh prosesi ziyan görməyəcək”
Səudiyyə Ərəbistanı İranla münasibətlərin kəsilməsinin Suriyada sülh danışıqlarına ziyan vurmayacağını bildirir.
Yanvarın 4-də Suriya müxalifət qrupu bütün ərəb ölkələrini Səudiyyədən nümunə götürüb İranla diplomatik münasibətləri kəsməyə çağırıb. Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Sudan Tehranla münasibətləri ya kəsib, ya da miqyasını kiçildiblər.
BMT-nin baş katibi Ban Ki-Moon, Birləşmiş Ştatlar və Britaniya yanvarın 4-də Səudiyyə-İran münaqişəsinin məzhəblərarası parçalanmanı daha da pisləşdirəcəyindən narahatlıq ifadə edib.
Şiə ruhanilərin başçılıq etdiyi İran rejimi Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir.
“Suriya və Yəməndə sülh cədlərinə dəstək verməkdə davam edəcəyik, biz tərəfdən problem olmayacaq”, Səudiyyənin BMT-dəki səfiri Abdallah al-Mouallimi yanvarın 4-də deyib. Onun sözlərinə görə, Səudiyyə “növbəti Suriya danışıqlarına qatılacaq və İrana görə onları boykot edən deyil”.
 
“İranlılar hələ diplomatik münasibətlər kəsilməmişdən prosesi elə də dəstəkləmirdilər, sülh cəhdlərinə çox da müsbət yanaşmırdılar”, - Mouallimi deyib ("Azadlıq" radiosu).
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.