"Şərəf məsələsi"nin qəhrəmanları Şükrü Özyıldız və Şükran Ovalı növbəti dəfə ayrılıblar. Daha əvvəl Şükrünün "Tatlı küçük yalancılar" serialındakı tərəf müqabili Bensu Soralla öpüşmə səhnəsinə görə ayrılan cütlük ay yarım sonra barışmışdı. İkilinin keçən həftə münasibətlərini bitirmək qərarına gəldikləri məlum olub. Buna səbəb tərəflərin bir-birinə vaxt ayıra bilməməsidir. Belə ki, Şükrü "Her şey aşktan" filmi bitdikdən sonra serial çəkilişlərinə başladığı üçün iş rejimi gərginləşib. O, bu dəfə Aslı Enverlə birgə "Kış güneşi" adlı serialda iştirak edəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.