banner
banner

Sağlamlıq

Stresi azaldan 5 ən sadə üsul

Stresi azaldan 5 ən sadə üsul

Alimlər xroniki stresi insanın sağlamlığı üçün ən ziyanlı amillərdən biri kimi qiymətləndirirlər.

Uzunmüddətli stress orqanizmə məhvedici təsir edir. Həkimlər bunu "domino effekti" adlandırırlar. Xroniki stress ürək-damar, sinir, mədə-bağırsaq, endokrin kimi orqanizmin əsas sistemlərinə çox mənfi təsir edir, orqanizmdə olan tarazlığı pozur ki, nəticədə orqanizm domino daşlarından tikilmiş fiqur kimi dağılmağa başlayır. 
Bu səbəbdən stresdən mütləq mübarizə aparmaq lazımdır. Stress vəziyyətinə  düşdükdə, gözləməyin, dərhal hərəkətə keçin. 
Bu kimi sadə üsullar stresi başlanğıc mərhələsində söndürə bilər. 
1. Saqqız çeynəyin. Alimlər sübut edir ki, çeynəmə hərəkətləri stresin azalmasına kömək edir. 
2. Musiqiyə qulaq asın. Yeniyetmələr arasında aparılmış araşdırmalar sübut edib ki, musiqi stresin xeyli azalmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir. Xoşladığınız musiqiyə qulaq asın, bu rəqs musiqisi, rok və ya əksinə klassik, həzin musiqi ola bilər.   
3. Efir yağlarını iyləyin. Lavanda, portağal, qızılgül, vanil efir yağları insanı sakitləşdirir, stresin azalmasına kömək edir. 
4. Düzgün nəfəs alın. Stress zamanı insan tez-tez qeyri-sabit nəfəs alır. Bu da həyacanı, qorxunu, stresi artırır. Adi düzgün nəfəsalma insanı sakitləşdirə bilər. Bunun üçün düz oturun, burnunuzla asta və dərin nəfəs alın və asta nəfəs verin. Döş qəfəsinin  hərəkətlərinə fikir verin. Bunu 10-15 dəfə edin.    
5. Fiziki işlə və ya idmanla məşğul olun. Bir çox qadınlar etiraf edə bilərlər ki, stress zamanı ev işləri ilə məşğul olduqda stresin azalmasını hiss edirlər. Kişilər bu məqsədlə idman zalına gedə bilərlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.