banner
banner

Sosİal

Psixi Sağlamlıq Mərkəzi: İntihar edənlərin 80 faizi bu niyyətlərini kiməsə deyir

Psixi Sağlamlıq Mərkəzi:
"Aparılan müşahidələrə görə, Azərbaycanda intihara cəhd edən insanlar müalicə olunmağa maraqlıdırlar. Lakin çox adam onları müalicə olunmağa düzgün yönləndirə bilmir". 
Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.
Onun sözlərinə görə, statistikaya əsasən, intihar edənlərin 80 faizi bu niyyətlərini kiməsə deyir.
F.İsmayılov qeyd edib ki, intihara cəhd edənlərin müalicəyə düzgün yönləndirilməməsinin əsas səbəbi insanların məlumatsızlığıdır: “İntihar etmək istəyənlər ya sosial şəbəkələrdə həyatdan bezdiklərini, onlar üçün hər şeyin maraqsız olduğunu yazırlar, ya da bu barədə hansısa bir tanışına deyirlər. Ancaq çox adam bunu ciddi qəbul etmir və bu fikirlərə ötəri yanaşır. Ailə üzvlərinin normal bilikləri olsa, onlar uşaqlarının hansısa psixoloji problemləri olduğunu düşünərlər. Onun problemləri ilə maraqlanmaq, fikirlərini bölüşmək lazımdır. Ancaq çox zaman belə hallar olmur. Əgər müəllim uşağın dərsdə daim narahat olduğunu, darıxdığını görürsə, bu barədə valideynlərə məlumat verməlidir. Onlar da psixoqlara, psixiatrlara müraciət etməlidirlər”.
 
F.İsmayılov deyib ki, Azərbaycan cəmiyyətində psixi pozuntularla bağlı güclü stiqma olduğundan insanlar psixiatr və psixoloqlara da vaxtında müraciət etmirlər.
 
Mərkəz direktoru hazırda bütün tibb müəssisələrində psixiatr və psixoloqun fəaliyyət göstərmədiyini də açıqlayıb.
 
F.İsmayılov hesab edir ki, intiharın qarşısını almaq üçün ilk növbədə depressiyanın qarşısını almaq lazımdır. Çünki depressiyaya düşən xəstələrin 20 faizində intihara meyillilik var.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.