Şimali Koreya hidrogen bombasını sınaqdan keçirdyini rəsmən təsdiqləyib. Bu barədə sosialist respublikasının rəsmi dovlət agentliyi “Rönhap” məlumat yayıb. Agentlik sınaqların uğurla başa çatdığını da bildirib.
Bundan öncə Cənubi Koreya və ABŞ Şimali Koreyada seysmik aktivlik müşahidə etmişdi. ABŞ-ın məlumatına görə, aktivlik Koreyanın Kilçu şəhərinin 49 kilometrliyində aşkar edilmişdi.
Şimali Korerya hidrogen bombasından əvvəl atom bombasını sınaqdan keçirmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.