banner
banner

Dünya

Miqrantlar qadınlara hücum etdi – Almaniyada ara qarışdı

Miqrantlar qadınlara hücum etdi –
Yeni il axşamı Almaniyanın Köln şəhərində miqrantlar kütləvi şəkildə qadınlara hücum edib.
AzVision.az `Die Zeit`-a istinadən xəbər verir ki, həmin gün 100-ə yaxın insident qeydə alınıb. 
Hadisə ilə bağlı məlumatı hadisələrdən beş gün sonra yanvarın beşində şəhər polisinin rəhbəri Volfqanq Albers səsləndirib. Onun sözlərinə görə, 15 qadın seksual təcavüzə məruz qalıb. Bundan əlavə, miqrantlar qadınları qarət ediblər. 
Albers qeyd edib ki, hücumlar Köln kilsəsi ərazisində baş verib, miqrantların əksəriyyəti içkili olub. 
 
Hələlik hadisə ilə bağlı heç kim saxlanılmayıb. 
 
Almaniya kansleri artıq baş verən insidentə reaksiya verərək hadisə ilə bağlı araşdırmaların aparılmasını və günahkarların cəzalandırılmasını tələb edib. Köln meri Henritta Reker isə miqrantların tərəfini tutub. Onun sözlərinə görə, miqrantların ünvanına olan şübhələr əsassızdır. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.