Azərbaycanlı ekspert: “Maşa və Ayı” uşaqlar üçün zərərlidir
Azərbaycanda ailə məsələləri üzrə ekspert Hacı Quliyev Rusiya istehsalı olan “Maşa və Ayı” cizgi filminin uşaqlar üçün zərərli vərdişlər aşıladığını bəyan edib.
H. Quliyev qeyd edib ki, bu barədə ona çox valideynlər müraciət edib.
“Bildirirlər ki, uşaqlar evdə Maşanın hərəkətlərini təkrarlayır. Bildiyiniz kimi, Maşa da yaramaz bir uşaqdır. İnanın ki, bununla bağlı araşdırma aparmışıq və bu cizgi filmi uşaqların formalaşmasında çox pis təsir edir. Uşaqlar hündürə qalxırlar, oradan da özlərini atırlar”, - deyə, o, bildirib.
Ekspert vəziyyətdən çıxış yolunu milli nağıllara üstünlük verməkdə görür: “Əvvəllər nənələr uşaqlara nağıllar danışırdı. Uşaqların da öz qəhrəmanları olurdu. Həmin qəhramların simasında uşaqlarda mərdlik, cəsurluq, valideynə hörmət, vətənə sevgi, dostlara qarşı bağlılıq və başqa bu kimi müsbət xasiyyətlər formalaşırdı.Bu gün isə uşaqlarımızın həmin qəhrəmanları yoxdur. Başlıca olaraq, bütün problemlər də buradan əmələ gəlir və yaxud da uşaqlarımızı o qədər azad buraxırıq ki, uşaqların qəhrəmanları qorxulu, naməlum və davranışları ilə heç bir məntiqə sığmayan qəhrəmanları olur”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.