banner
banner

Sosİal

“Azəryolservis”də işçilərin ərizəsi alındı - Struktur dəyişir

“Azəryolservis”də işçilərin ərizəsi alındı -

Dekabrın 28-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılan “Azəryolservis” ASC-də bu gündən kütləvi ixtisarlara start verilib.

Qurumun yeni sədri Saleh Məmmədov təxminən 200-dən çox əməkdaşı çağıraraq onlara işdən azad olunmaları ilə bağlı ərizə yazdırıb. Bəzi işçilərə strukturu dəyişdirilən qurumda işə götürüləcəyi ilə bağlı vəd verilsə də, əksər əməkdaşlara isə işdən çıxarıldıqları deyilib. Qeyd olunur ki, Saleh Məmmədov özünə yeni komanda formalaşdırır.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün “Azəryolservis” ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Anar Nəcəfli məlumatı təsdiqləyib və bildirib ki, bütün kollektivə belə bir ərizə yazdırılıb: “Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən "Azəryolservis" ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Sırf sənədləşmə prosesi olduğu üşün bütün işçilər ərizə yazır. Cəmiyyətin yeni strukturu formalaşan kimi həmin işçilər artıq yeni ərizə yazaraq yeni struktura qəbul olunacaqlar. Ancaq bu o demək deyil ki, həmin işçilər bu müddət ərzində işsiz qalacaq. Yenə də işlərinə davam edirlər. Sadəcə olaraq sırf struktur dəyişikliyi ilə bağlı adi prosedurdur. Mən özüm də ərizə yazmışam”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.