Əməkdar artist Röya Ayxan sosil şəbəkədə hamiləlik fotosunu paylaşıb.
Axşam.az-ın məlumatına görə, müğənni bu şəkildə 100 kiloqram olduğunu bildirib.
İfaçı daha sonra arıqlama sirrini açıqlayıb:
“Bu fotonu paylaşmaqda məqsədim o idi ki, kim istəsə arıqlayar. Bu çox gözəl andı, çünki canımda can var. Şəkil çəkilən günü 100 kiloqram idim. Bu gün isə 48 kiloqramam. Mənə baxın və stimul alın. Çox maraqlıdır necə arıqladım? Əvvala onu deyim ki, heç bir dərman qəbul etmədim. Məni ayaqda saxlayan qarabaşaq, qatıq, pendir, kələm, kahı, xiyar oldu. Çox halsız olanda limonla şirinçay içirdim. İnanmayacaqsınız, hətta düşbərəni belə bişirib, ancaq suyunu içirdim. 6 ay belə davam etdim. Sonra istəsəm də yeyə bilmədim. Çünki mədəm balacalaşdı və oldum sizin Röya”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.