Sürücülərin nəzərinə - bu yollarda hərəkət məhdudlaşdırılacaq
Sabah paytaxtın iki ərazisində hərəkət qısamüddətli məhdudlaşdırılacaq.
"Azəryolservis" ASC-dən Cia.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin rahat və maneəsiz şəkildə təmin edilməsi məqsədilə yanvarın 9-da aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektində, “20 Yanvar dairəsi”ndən Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsünün girişinədək olan hissəsinin sol kənarda yerləşən 2 hərəkət zolağı ilə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Natavan küçəsi ilə kəsişməsinədək (Biləcəri enişi) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qısamüddətli məhdudlaşdırılacaq.
İşlərin səhər saat 9:00-dan axşam saatlarınadək aparılması planlaşdırılır.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.