banner
banner

İdman

Təbriz Həsənov : “Yaş fərqini bəhanə etmək istəməzdim”

Təbriz Həsənov : “Yaş fərqini bəhanə etmək istəməzdim”

“Nə deyə bilərəm ki? Rəqibi təbrik edirəm. Sloveniya bu gün qələbə layiq idi”.

Qol.Az-ın Futbolxeber.az-a istinadən verdiyi məlumata görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin üçüncü turu çərçivəsində Sloveniyaya qarşı keçirilən oyundan (0:4) sonra deyib.

Həsənov bütün komponentlərdə rəqibdən geri qaldıqlarını vurğulayıb:

“Sloveniya millisi bütün komponentlərdə bizi üstələdi. Oyun ərzində səhvlərimizi gördük. Bu məqam gələcəkdə daha yaxşı çıxış etməyimizə yardımçı olacaq. Yaş fərqini bəhanə etmək istəməzdim. Çünki bura gələndə hansı komandalara qarşı oynayacağımızı bilirdik. Dəvət alsaq, gələn il də bu heyətlə çıxış edəcəyik. Lakin hazırda bu ilki turnir də davam edir. Növbəti matçda daha yaxşı oynayacağımızı düşünürəm”.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.