banner
banner

Sosİal

Lerikdə qasırğa: 100-dən çox yaşayış məntəqəsi işıqsız qalıb

Lerikdə qasırğa:

Ötən gün axşam saatlarından etibarən başlayan güclü külək Lerikdə bir sıra fəsadlara səbəb olub.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, güclü külək əsasən rayonun ekelektrik təsərrüfatını iflic vəziyyətə salıb.

Belə ki, rayon ərazisində 100-dən çox elektrik dirəyi aşıb, nəticədə min metrlərlə naqil sıradan çıxıb. Ümumilikdə, rayonun 150-dək yaşayış məntəqəsi işıqsız qalıb.

Rayonun müvafiq qurumları təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə səfərbər olunublar. H. Məklikovun sözlərinə görə, günün sonunadək rayonun 70%-də elektrik enerjisinin verilişi bərpa olunmalıydı. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.