“Zirə” qış hazırlığının növbəti mərhələsini Türkiyədə keçirir. Dünən Antalyaya gedən “qartallar” bu gündən etibarən məşqlərə star verib. Bu gün baş tutan ilk məşqdə komanda ümumi dözümlülük və fiziki məşqlər üzərində çalışıb. Xatırladaq ki, yanvarın 23-dək davam edəcək təlim-məşq toplanışı zamanı “Zirə” 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.