Türkiyəli model və aktrisa Özgü Ulusoy "All" dərgisi üçün fotokameralar qarşısına keçib. Cia.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Özge modellik fəaliyyətindən bəhs edib: "13 ildir modellik edirəm. Son dövrlərdə daha çox çalışmağa başlamışam. Doğru zamanda, doğru yerdəyəm. Hər gün səhər tez oyanıb, idmanla məşğul oluram. İşim olmadığı günlərdə özümə vaxt ayırıram. Baxım etdirirəm. Yaxşı görünmək mənim işimin bir hissəsidir. Dərimin gözəl olması üçün çox yatır, su içir və sağlam bəslənirəm".
Özge gecə həyatını sevmədiyini bildirib:
"Çox az dostum var. Balaca ailəmlə olmağı sevirəm. İnsanların küçədə görüb, sevdiklərini demələri belə məni xoşbəxt edir. 30 yaşımdan sonra həyatım çox fərqli olub. Özümə bəzi qadağalar da qoymuşam. Heç vaxt lüt fotolar çəkdirmərəm və saçlarımı tünd rəngə boyatdırmaram".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.