Türkiyəli müğənni İbrahim Tatlısəs adını icazəsiz istifadə edən şirkətə əsəbiləşib. Cia.az-ın "acunn.com"a istinadən xəbərinə görə, sosial şəbəkədə şirkətin fotosunu paylaşan ifaçı bunları yazıb: "Belə olmaz ki... Adımı məndən icazəsiz istifadə edirsiniz. Hardan bilim yeməklərdə hansı ətdən istifadə olunur? Bəlkə yeməkləri at və ya eşşək əti ilə hazırlayırsınız... İbodan icazə almaq o qədərmi çətindir? Səni məhkəməyə versəm yaxşı olar? Hansısa bir Amerika şirkətinin adını belə istifadə edə bilərsiniz? Əlbəttə ki, edə bilməzsiniz. Şəxsən mən buna cəsarət etməzdim. Neçə ildir güc sərf et bir brend yarat, tanımadığın biri gəlib istifadə etsin. Buna oturub sakit baxacam? Mən bunu özümə yaraşdırmaram".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.