banner
banner

Sosİal

“Paqonumu cırdın...” - Yol polisi sürücünü şərlədi - Video

“Paqonumu cırdın...” -

Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında yaranmış münaqişəni əks etdirən video yayılıb.

Cia.az-ın avtosfer.az-a istinadən verdiyi məlumata görə, videonun dəqiq tarixi məlum olmasa da, baş verənlər aydın görünür və səlist eşidilir. Videoda sürət həddini aşmağa görə saxlanılan sürücü yol polisindən sübut tələb edir. Yol polisi isə onunla razılaşmır və protokol yazır. Sürücünün bütün cəhdlərinə baxmayaraq yol polisi öz bildiyini edir.

Nəhayət, sürücünün haqlı iradları qarşısında aciz qalan yol polisi əməkdaşı onu şərləyir: “Dövləti təhqir edirsən, söyüş söyürsən, paqonumu cırdın, gör sənin başına nə oyun açacam” deyib əl-ayağa düşən yol polisinin hərəkətləri anlaşılmazdır. Çünki videoda hər şey aydındır və sürücü polisi və dövləti təhqir edib söyüş söymədi. Üstəlik, polisin paqonununu da cıran olmayıb.

Çox təəssüflər olsun ki, bəzən yol polisi sıralarında belə əməkdaşlara rast gəlinir və vicdanlı əməkdaşların fəaliyyətinə kölgə salır. Ümid edirik ki, bu əməkdaş artıq yol polisi sıralarında çalışmır.

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.