Bu yaxınlarda nişanlanan aktyor Kadir Doğulu ilə aktrisa Neslihan Atagülün toy tarixi bəlli olub. Cütlük iyunda nikah masasına əyləşəcək. “Kara sevda” serialında çəkilən Neslihanla “Möhtəşəm yüz il:Kösem”də rol alan Kadir layihələri mövsüm tətilinə çıxanda toy etmək qərarına gəliblər. Qeyd edək ki, N.Atagüllə K.Doğulunun tanışlığı iki il əvvəl “Fatih Harbiye” serialının çəkilişləri zamanı olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.