Rusiyalı sərnişinlər Türkiyədə təyyarədən endirildi
Rusiyanın iki qadın vətəndaşı qeyri-etik davranışlarına görə "Türk Hava Yolları"na məxsus təyyarədən endiriliblər.
Bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə İstanbul- Bəhreyn reysində baş verib.
Təyyarə hava limanında olarakən Rusiya vətəndaşlar göyərtədə hay-küy salıb, özlərini qeyri-etik aparıblar. Başqa sərnişinlər onların davranışından ekipaj üzvlərinə şikayət ediblər. Təyyarə komandirinin dediklərinə məhəl qoymayan rusiyalı sərnişinlər əməllərindən əl çəkməyib. Bundan sonra polis çağırılıb və qadınlar Xarici Xətlər Terminalı Təhlükəsilik Bürosu İdarəsinə aparılıblar.
Xəbərə görə, onlar Moskvaya göndəriləcəklər.
Rusiya vətəndaşlarının pozucu davranışı səbəbindən reys gecikib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.