banner
banner

Şou

Məryəm Uzerli həyatı haqda danışdı: "Azan səsi məni sakitləşdirir"

Məryəm Uzerli həyatı haqda danışdı:
"Gecənin kraliçası" adlı serialla ekranlara dönməyə hazırlaşan Məryəm Uzerlinin həyatı haqda sənədli film hazırlanıb.
Aktrisa tamaşaçılara naməlum olan bəzi məqamlar haqda danışıb. Aktrisa olmamışdan əvvəl zəng xidməti mərkəzində, fabrikdə, restoranda qarson kimi işlədiyini deyən Məryəm "Möhtəşəm yüz il"lə həyatının tam dəyişdiyini etiraf edib:
"Layihənin 6 aydan çox sürəcəyini təxmin etməmişdim."Hürrəm Sultan"ı canlandırmadan öncə bir dəfə özlüyümdə ondan "səni oynayacağımın sənin üçün problemi yoxdur ki?" deyib yatdım. Yuxumda onu gördüm. Ondan sonra layihədə oynamaq üçün qərarımı dəqiqləşdirdim".

Uzerli müsahibə verərkən səslənən azan səsini eşidincə kövrəlib:

"Uşaqlıqda azan səsi kasetdə var idi. Mənim yatmağıma kömək olurdu. Çünki azan səsi məni sakitləşdirir".

O, qızı Laraya hamilə olması haqda da danışıb:

"Hamilə olduğumu öyrənəndə serialın yeni mövsümündə oynamayacağım dəqiqləşmişdi. Arada qalmışdım. İnsanlar "karyeranın zirvəsində uşağı düşünmənin yeri deyil" deyirdilər. Serialın prodüseri Timur Savcı durub Berlinə yanıma gələrək mənə dəstək oldu".

 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.