banner
banner

Sosİal

“Mütəmadi olaraq reydlər keçiririk” - DİN-in idarə rəisi

“Mütəmadi olaraq reydlər keçiririk”

“Narkomanlıqla bağlı nazirliyə müraciət olsa da, bu hallar kütləvi deyil. İl ərzində DİN-ə maksimum 2-3 belə müraciət olur”.

APA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” ilə bağlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

H.Aslanov bildirib ki, onlar narkocinayətkarlıqla əlaqədar məktəblərin, yaşayış sahələrinin ətrafında mütəmadi olaraq reydlər keçirir: "Mütəmadi olaraq məktəblərin ətrafında olan narkopritonlar və narkotika ilə bağlı digər cəhdlərlə əlaqədar müəyyən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bizə müraciətlər də onunla bağlı olur ki, hansısa məktəbin həyətində istifadə olunmuş "şpris" var. Uşaqlar və valideynlər tərəfindən belə hallar olanda dərhal reaksiya verilir".

Nazirlik rəsmisi bildirib ki, bir sıra dövlətlərdə, o cümlədən qonşu Rusiyada şagirdlər narkomaniyaya qurşanma ilə bağlı narkokabinetlərdə məcburi qaydada müayinədən keçirilir və bununla bağlı qanunvericilik bazası var: "Bu istiqamətdə Daxili İşlər Nazirliyi təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bu məsələyə baxılır və hazırda gündəmdədir. Rusiyada şagirdlər tam anonimliklə, valideynlərin icazəsi ilə testdən keçirilir. Həmçinin ali məktəblərin özlərinin nizamnamələri var və vaxtaşırı onlara müəyyən dəyişikliklər edilir. Əgər tələbə hər hansı bir ali təhsil ocağını seçirsə, təbii ki, həmin nizamnaməyə riayət etməlidir. Bu məsələnin çox müsbət tərəfi var. Bu, narkotikə yeni qurşanan şəxslərin müalicəsi və reabilitasiyası üçün effektivdir və bu prosesləri daha asanlıqla həyata keçirmək olur. Düşünürük ki, yaxın vaxtlarda bizdə də bu təcrübədən istifadə ediləcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.