banner
banner

Dünya

Almaniyada 200-dən çox aksiyaçı saxlanıb

Almaniyada 200-dən çox aksiyaçı saxlanıb
Yanvarın 11-də Almaniyanın Leyptsiq şəhərində baş verən hərc-mərclik zamanı 200-dən çox adam saxlanıb.
Peqida hərəkatı Avropanın islamlaşmasına qarşı aksiya təşkil edib. Aksiyaçılar sərhədlərin bağlanmasını və bütün qaçqınların ölkədən çıxarılmasını tələb ediblər. Məlumatlara görə aksiya ümumilikdə dinc şəraitdə keçib.
Amma sonda qatı radikallar şəhərdə maşınları yandırmağa, pəncərələri sındırmağa və dönərxanalara basqın etməyə başlayıblar. Bu barədə Qərb agentlikləri məlumat yayıb. Polisin məlumatına görə, saxlananlar arasında onlara futbol azarkeşləri də var. Yeni il axşamı Köln polisinə qadınlara hücum edilməsi və onlara qarşı seksual zorakılıqla bağlı çoxsaylı şikayətlərdən sonra Almaniyada miqrantlara qarşı pis əhval yaranıb. Şahidlər və polisin məlumatına görə hücum edənlər Ərəb və Afrika ölkələrindən olan miqrantlara bənzəyirmişlər.
 
Həmçinin ölkənin digər şəhərlərində polisə bu cür şikayətlər daxil olub. Ötən il təkcə Almaniyaya 1 milyondan çox qaçqın gəlib. Onların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.