banner
banner

Dünya

İslamın yayılması onları narahat edir

İslamın yayılması onları narahat edir

Almaniyanın Drezden şəhərində Avropanın müsəlmanlaşmasına qarşı etiraz aksiyası keçirilib.

ANS PRESS-in məlumatına görə, şəhərin mərkəzi meydanlarından birində baş tutan aksiyaya 10 minə yaxın fəal qatılıb.

Aksiyaya neo-nasistlər də dəstək olublar. Lakin özlərini PEGİDA qrupu kimi tanıdan fəallar millətçi neo-nasistlərlə heç bir əlaqələrinin olmadığını bildiriblər.

Fəalların sözlərinə görə, onlar, sadəcə, İslam ekstrimizminə və ölkədə sığınacaq əldə edən müsəlmanların bu sistemdən sui-istifadə etməsinə qarşı çıxırlar.

Aksiyada fəallara qarşı çıxanlar da tapılıb. Bir qrup fəal sülh dininə etiraz edən insanlara qarşı şüarlar səsləndiriblər. Aksiyalar sülh şəraitində yekunlaşıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.