Qazaxıstan parlamenti məclisinin deputatları aşağı palatanın təcili buraxılması üçün prezident Nursultan Nazarbayevə müraciət edib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Yanvarın 13-də məclisin aşağı palatasının iclasında iştirak edən 103 deputatın hamısı bu qərarın lehinə səs verib.
Qanuna görə, prezident parlamentin hər iki palatasının sədrləri və baş nazir ilə məsləhətləşdikdən sonra məclisin buraxılmasına qərar verə bilər.
Prezident növbədənkənar seçkiləri məclisin səlahiyyətlərinin təcili dayandırılması qərarı ilə eyni vaxtda verir. Seçkilər növbəti iki ay ərzində keçirilir.
Cari beşinci çağırış, məclisin səlahiyyətləri 2016-cı ilin payızında başa çatır.
Məclis 107 deputatdan ibarətdir. 98 deputat vahid ümummilli dairədən partiya siyahısı üzrə siyasi partiyalardan seçilir. 9 deputat Qazaxıstan Xalq Assambleyası tərəfindən seçilir. Məclisin deputatlarının səlahiyyətlərinin müddəti beş ildir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.