Aparıcılığını Seda Sayanla Uğur Arslanın etdiyi “Evleneceksen gel” proqramına gözlənilməz telefon zəngi edilib. "Star”da yayımlanan verilişə qoşulan müğənni Bülent Ersoy proqramın aparıcılarını tənbeh edib. Müğənni iştirakçılardan Mehmete hirslənərək “Sən niyə susursan? Niyə bu səhvə yol verdin? Bu qızın taksi sürücüsü ilə arasına niyə girdin? Sənin ürəyin kimdədir? Əvvəlcə bunun cavabını mənə ver. Adam ol. Sən səhv etdin. Mən sizi izləyirəm. Əsəbimdən təzyiqim qalxdı. Gecə libasımla studiyaya basqın edəcəkdim” deyib.
B.Ərsoy bu vəziyyətə müdaxilə etmədiyi üçün Seda Sayana “Sən niyə səsini çıxarmırsan, bəs?” deyərək əsəbləşib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.