Model Hilari Roda anasını məhkəməyə verib. 2014-cü ildə baş vermiş və bu günədək davam edən bu hadisə KİV-in araşdırmaları nəticəsində üzə çıxarılıb. Model anasını onun pullarını xərcləməkdə, imzasını saxtalaşdıraraq kredit kartlarından alış-veriş zamanı istifadə etməkdə günahlandırıb. Bu yaxınlarda isə Hilarinin anası qızının xokkeyçi əri Şon Everini ona (Hilarini – red.) nikah müqaviləsi bağlamamaq üçün təzyiq göstərməkdə və bilərəkdən doğmaları ilə münasibətini pozmaqda ittiham edib.
Deyilənlərə görə, Hilarinin məhz Şona ərə getməsi ailədə münaqişənin yaranmasına səbəb olub. Ötən ilin oktyabrında Hemptonsda evlənən cütlüyün toyuna modelin nə anası, nə də qardaşı dəvət olunub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.