Ofis işçilərinin davamlı olaraq özlərini yorğun hiss etmələrinin səbəbi yuxusuzluq və ya ağır nahar deyil.
CİA.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu amillərin müəyyən təsiri olsa da, əsl səbəb oksigen azlığıdır. ABŞ-ın elm adamları ofis və idarələrdə karbon miqdarının yüksək olması səbəbindən işçilərin özlərini yorğun hiss etdiyini bildirirlər.
Ofisdəki karbondioksidin miqdarı açıq havada olduğundan daha çoxdur. Ventilyasiya sisteminin düzgün qurulmadığı ofislərdə çalışanların tənəffüsü ilə əlaqədar bu nisbət zərərli həddə yüksələ bilir.
Araşdırma zamanı mütəxəssislər ofis, sinif, iclas otaqlarındakı və açıq havadakı karbondioksidin miqdarını ölçüblər. Güman edildiyi kimi ən sıx karbondioksid iclas otağında qeydə alınıb. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, insan sağlamlığını təhdid etməsə də, yüksək həddə olan karbondioksid insanın beynindəki qərarvermə mexanizmlərin mənfi təsir edir və yorğunluq yaradır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.