Beynəlxalq Dopinqlə Mübarizə Agentliyi (WADA) Rusiya ilə bağlı daha bir şok məlumat yayıb.
Xəbərdə Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Atletika Federasiyasına rüşvət təklif etməsi qeyd olunub.
Buna 9 rus idmançısının dopinq testində "ilişməsi" səbəb olub. Qərara əsasən, həmin idamançılar 2015-ci ildə Rusiyanı heç bir yarışda təmsil edə bilməzdi. Məlumatda qeyd olunur ki, Putin məsələni həll etmək üçün BAF-ın sabiq prezidenti Lamine Diakla razılıq əldə edib.
Belə ki, 2013-cü ildə Rusiyada keçirilən Atletika üzrə Dünya Çempionatında 6 milyon dollarlıq yayım haqqı əvəzinə, BAF-a 25 milyon ödənilib. Agentlik 19 milyon avronun rüşvət olduğunu bildirir. Rusiyanın idman naziri Vitali Mutko yayılan xəbərləri şaiyə adlandırb.
Qeyd edək ki, keçən il dekabr ayında Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) 2016-cı ildə keçiriləcək gənclər arasında dünya çempionatı və komandalararası dünya çempionatının təşkilatçılığını Rusiyadan alıb.
IAAF təşkilata üzvülüyü dayandırılan Rusiya Atletika Federasiyasının təşkilatçılıq hüququndan məhrum edildiyi bildirilib. Ümumdünya Antidopinq Agentliyi (WADA) hazırladığı 323 səhifəlik hesabatda Rusiyanı idmançıları "dövlət dəstəyi ilə" dopinqə qarışdırmaqda ittiham etmişdi. Bu hesabatdan sonra IAAF Rusiya Atletika Federasiyasının üzvülüyünü dayandırmış, rus atletləri müvəqqəti olaraq yarışlardan kənarlaşdırmışdı. WADA isə Moskva Dopinq Nəzarət Labaratoriyasının üzvülüyünü dayandırmışdı.
Məhz buna görə, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək olimpiya oyunlarına Rusiya idmançıları buraxılmaya bilər. Bu barədə Cenevrədə Beynəlxalq Antidopinq Agentliyinin (WADA) Rusiya atletlərinin dopinqdən istifadə etməsinə həsr olunmuş mətbuat konfransında bildirilib. WADA rəhbəri Riçard Paund bildirib ki, ruslar yeni şərtlər altında işləmək istəməsələr, onlar qeyd şərtsiz diskvalifikasiya ediləcəklər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.